Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı–Ələt yolunun 58-ci kilometrində yerləşən GREEN OİL yanacaqdoldurma məntəqəsi bu günlərdə unikal bir sosial layihəyə imza atıb: qadın, kişi, uşaq – hamı eyni ayaqyolunda növbə tutur. Görünür, tarixdə ilk dəfə gender bərabərliyi bu qədər bu səviyyədə tətbiq olunur.

Burada nə etik normalar, nə hörmət, nə də qadına-anaya sayğı barədə düşünən var – amma eybi yox, əvəzində “hamımız birik” fəlsəfəsi var. Qadınların rahatlığı? Uşaqların təhlükəsizliyi? Bunlar artıq köhnə, sentimental anlayışlardır. İndi müasir dövrün devizi belədir: “Kişi dayanıb gözləyirsə, sən də dayan”.

Təsəvvür edin: tır sürücüsü, məktəbli uşaq, yaşlı nənə – hamısı eyni dar koridorda, qapının açılmasını gözləyir. Bəlkə də məntəqə rəhbərliyi bunu “sosial şəbəkələşmə” imkanı kimi təqdim edir. Qapı açılanda isə… şəbəkə əlaqəsi bir az qopur.

Cəmiyyətin normaları? İnsan ləyaqəti? Bunlar Green Oil üçün, yəqin ki, “premium paket”dədir. Əsas odur ki, maşın üçün yanacaq var, insan üçün isə… maksimum “səbir yanacağı”. Onsuz da ayaqyolu problemi yanacaqdoldurma məntəqəsində “xırda məsələ” sayılır – ta ki, növbədə özünüz dayanmağa məcbur qalanadək.

Hörmətli GREEN OİL,  bu möhtəşəm “innovasiyanı” təcili dayandırın, qadınlar, uşaqlar və qızlar üçün ayrıca, təmiz, təhlükəsiz ayaqyolu yaradın. Yoxsa sabah “Green Oil-də Beynəlxalq Gender Festivalı”nı elan edib, giriş biletlərini də satışa çıxara bilərsiniz.

Unutmayın: bərabərlik yaxşı şeydir, amma hər şeyin də yeri var.

 

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir