44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şirvan rayon sakini Asif Qəribovun bacısı Solmaz xanımın toy məclisində maraqlı və duyğusal bir hadisə yaşanıb.

Şirvan şəhərində yerləşən Yeganə Şadlıq Sarayında keçirilən toy mərasimində bir göyərçin zala daxil olub və saatlarla məkanı tərk etməyib. Bu hadisə məclis iştirakçılarının diqqətini çəkib və müxtəlif duyğular yaşadıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Yeni ailə quran gənclərə isə ömür boyu xoşbəxtlik, sevgi və firavan həyat arzulayırıq.
Qeyd edək ki, toy məclisində çəkilən videonu tanınmış ictimai -fəal Samirə Adəmqızı təqdim edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

