Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın onunla olan şəxsi yazışmaları paylaşmasına münasibət bildirib.
Qeyd edək ki,Donald Tramp Makronun Rusiya və Ukraynanın iştirakı ilə G7 sammiti keçirmək təklifini qəbul etməyib və Fransa lideri ilə mesajlaşmanın görüntüsünü yayımlayıb.
Makron Davosda jurnalistlərə açıqlamasında deyib ki, həm açıq çıxışlarında, həm də şəxsi yazışmalarda eyni mövqedədir. O, Trampın bu addımını birbaşa qiymətləndirməyib.
Fransa prezidenti əlavə edib ki, Avropa öz maraqlarını sakit və qətiyyətlə qorumağa davam etməlidir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

