G7 ölkələrinin nümayəndələri Kanadanın Ontario şəhərində toplaşıb. Görüşün əsas mövzuları ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs planı, Ukraynada müharibə, müdafiə xərcləri və ticarət münasibətləridir.
Kanadanın xarici işlər naziri Anita Anand ABŞ Dövlət katibi Marko Rubio, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyadan olan həmkarlarını qəbul edir. Anand bildirib ki, “Qəzza Barış Planı qorunmalı” və Yaxın Şərqdə uzunmüddətli sabitlik təmin edilməlidir.
Görüşdə G7 ölkələri arasında müdafiə xərcləri və Qəzza siyasəti ilə bağlı fikir ayrılıqları da gündəmdədir. Kanada və İtaliya Trampın ÜDM-in 5 faizini müdafiəyə ayırmaq tələbinə razı deyil.
Qeyd olunur ki, Marko Rubio toplantıda Ukrayna və Qəzzadakı müharibələr, Haiti və Sudan böhranları, eləcə də enerji və strateji minerallar mövzularına diqqət yetirəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

