Dekabrın 15-də Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransın açılış mərasimi baş tutub.Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsini təmin etmək, onları milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda tərbiyə etmək, həmçinin yad dini-ideoloji təsirlərdən qorumaqdır.
Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, konfransın din və təhsil münasibətlərinin düzgün qurulması və gənc nəslin sağlam düşüncə ruhunda formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə mənəvi-əxlaqi dəyərlərin təhsil prosesində xüsusi rol oynadığını, dünyəvi təhsilin isə dini fanatizmlə mübarizədə mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin komitə sədrləri Anar İsgəndərov və Fazil Mustafa isə dini düşüncənin düzgün anlaşılmasının və məktəblərdə öyrədilməsinin önəmini vurğulayıblar.
Konfrans panellərlə davam edir: “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası”.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

