Böyük Britaniyanın məşhur The Spectator jurnalında siyasi şərhçi Kevin Mortimer Fransa Prezidenti Emmanuel Makronu sərt tənqid edib. Yenifikir.media bildirir ki, Mortimer məqaləsində “Makron hakimiyyətdə olduğu hər gün Fransa beynəlxalq nüfuzunu itirir, amma o, istefaya getməyəcəyini deyir” qeyd edib.

Mortimerin proqnozlarına görə, Fransanı yaxın həftə ərzində ciddi qeyri-sabitlik gözləyir: “Parlamentdə səsvermə olacaq, çərşənbə günü isə insanlar “hər şeyi blok edək” şüarı ilə küçələrə çıxacaq.”

Məqalədə daha sonra bildirilir ki, Fransa artıq “Emmanuel Makron sayəsində bloklanıb” və “fransızlar öz siyasi liderlərindən yorulublar.”

Mortimer həmçinin Baş nazir Fransua Bayrunun rəhbərlik etdiyi hökuməti də tənqid edib. Müəllif yazır ki, bu il hökumət demək olar ki, irəliləyiş əldə edə bilməyib və nəticədə əhali arasında məyusluq və etiraz artıb.

Fransanın Le Figaro nəşri 20 iyulda Prezident Makron və Baş nazir Bayrunun reytinqlərinin rekord aşağı səviyyəyə düşdüyünü bildirib. Məlum olub ki, bu cütlük ölkə tarixində “ən azpopulyar tandem” hesab olunur. Prezidentin fəaliyyətinə təsdiq reytinqi 19%, baş nazirin isə 18% təşkil edir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir