Belçikanın Müdafiə və Xarici Ticarət naziri Teo Franken Türkiyənin Avropa üçün strateji əhəmiyyətini vurğulayıb. Yenifikir.media xəbər verir ki, Brüsseldə səfir Barış Tantekinin ev sahibliyi etdiyi tədbirdə çıxış edən Franken deyib: “Bizim Türkiyəyə ehtiyacımız var. Türkiyə olmadan Avropanın təhlükəsizliyinə inanmıram.”Nazir Türkiyənin güclü müdafiə sənayesi, qabaqcıl texnologiyaları və böyük şirkətlərini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. O, 2026-cı ilin münasibətlərin inkişafı baxımından məhsuldar olacağını, Belçikanın böyük ticarət heyətinin mayda Türkiyəyə səfər edəcəyini və iyulda NATO Zirvəsinin Ankarada keçiriləcəyini xatırladıb.
Dron və İHA texnologiyaları sahəsində də əməkdaşlıq perspektivlərinə toxunan Franken əlavə edib: “Türkiyə bu sahədə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Öyrənəcəyimiz çox şey var.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

