Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar olaraq 51 nömrəli Yanğından Mühafizə Hissəsində (YMH) tədbir təşkil olunub. Yenifikir.media xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar komissiyasının sədri cənab Vəzir Səfixanov, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, həmçinin Abşeronneft Neft-Qaz Çıxarma İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə, eyni zamanda 51 nömrəli Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elton Nəsibov və hissənin şəxsi heyəti də iştirak edib.

Çıxışlar zamanı Fövqəladə Hallar Nazirliyinin ölkədə təhlükəsizliyin təmin olunması, fövqəladə halların qarşısının alınması və operativ müdaxilə sahəsində gördüyü mühüm işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, Nazirliyin fəaliyyəti əhalinin həyat və sağlamlığının qorunmasında, eləcə də sənaye və sosial obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində mühüm rol oynayır.

Tədbir iştirakçıları FHN əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar. Eyni zamanda yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq sahəsində qurumlararası əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyinin 20 illik fəaliyyət yolunun ölkənin təhlükəsizlik sisteminin gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir