2025-ci il Formula 1 mövsümünün son yarışı Abu Dabi şəhərində, 5 281 metrlik Yas Marina trasında 58 dövrə üzrə keçiriləcək. Sıralama turları 6 dekabr saat 17:00-da, əsas yarış isə 7 dekabr saat 16:00-da start götürəcək.Keçən il bu trasda Böyük Britaniyalı Lando Norris qalib gəlmiş, ən sürətli dövrə isə 2024-cü ildə Danimarkalı Kevin Magnussen tərəfindən 1:25.637 nəticəsi ilə qət olunmuşdu. Mövsümün son yarışına qədər pilotlar reytinqində Lando Norris (408 xal) liderdir, Max Verstappen 396, Oscar Piastri isə 392 xalla onu izləyir. Komandalar sıralamasında McLaren 800 xalla öncülüyü saxlayır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

