ABŞ-da yay aylarında keçiriləcək 2026 Dünya Çempionatı üçün yeni qaydalar tətbiq edilib. İsti hava oyunçuların yorğunluğunu artırdığı üçün FIFA hər hissənin 22-ci dəqiqəsində 3 dəqiqəlik su fasiləsi tətbiq edəcək. Məqsəd oyunçuların yüksək temperatur şəraitində sağlamlığını qorumaqdır.Yenifikir.media bildirir ki,FİFA-nın yeni qaydası bütün matçlarda, hava şəraitindən asılı olmayaraq keçərli olacaq. Bəzi tənqidçilər fasilələrin reklam və yayımçılar üçün əlavə fürsət yaradacağını bildirir. Dünya futbolçular birliyi FIFPRO isə daha qısa və daha tez-tez fasilələrin oyunçular üçün daha faydalı olduğunu vurğulayır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir