Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və “ASG Helicopter Services” MMC-nin təşkilatçılığı ilə Zabrat hava limanı ərazisində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə FHN Dövlət Yanğın Nəzarəti və Yanğından Mühafizə xidmətlərinin əməkdaşları, eləcə də “ASG Helicopter Services” MMC-nin uçuş, texniki və təhlükəsizlik sahəsində çalışan heyəti iştirak edib.Çıxış edənlər nəqliyyat vasitələrində, sərnişin və yük daşımalarında, eləcə də anqar və hava limanı ərazisində yanğın təhlükəsizliyinin vacibliyini vurğulayıb. Bildirilib ki, hava nəqliyyatı vasitələrində və onların texniki sahələrində baş verə biləcək yanğınlar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və daşıyıcı şirkətlər profilaktik tədbirləri gücləndirməlidir.
Tədbirdə uçuş və texniki heyətə yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirmə aparılıb, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunması, avtomatik yanğınsöndürmə sistemlərinin işlək vəziyyətdə saxlanması, yanacaq sistemlərinin və elektrik təsərrüfatlarının təhlükəsiz istifadəsi, daşıyıcıların məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet olması məsələləri diqqətə çatdırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

