Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində 1 nömrəli Xüsusi Təyinatlı və Sabunçu Rayon Yanğından Mühafizə Hissəsinin 23 saylı Bölməsində növbəti “açıq qapı günü” təşkil edib.
Tədbirdə “İndigo” və “Bağçam” uşaq bağçalarının azyaşlıları iştirak edib. Görüşün məqsədi uşaqlarda təhlükəsiz həyat vərdişlərini formalaşdırmaq, yanğın təhlükəsizliyi haqqında biliklərini artırmaq və yanğınsöndürənlərin peşəsi ilə yaxından tanış etmək olub.
Uşaqlara yanğınsöndürənlərin gündəlik fəaliyyəti barədə məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə nümayiş etdirilib. Həmçinin onlar qəza-xilasetmə texnikası və avadanlıqlarına baxaraq fövqəladə hallar zamanı düzgün davranış qaydalarını öyrəniblər.
Sonda uşaqların sualları cavablandırılıb və tədbir maraqlı anlarla yadda qalıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

