Fənərbaxça meksikalı yarımmüdafiəçi Edson Alvarezin icarə əsasında transferi üçün West Ham United ilə razılıq əldə edib.
Klubdan verilən məlumata görə futbolçu tibbi müayinədən keçmək və danışıqları yekunlaşdırmaq üçün İstanbula dəvət olunub.
Razılaşmaya görə, Fənərbaxça Alvarez üçün 2 milyon avro icarə haqqı ödəyəcək. Futbolçunun qiyməti 22 milyon avro olaraq müəyyənləşdirilib. Futbolçuya Fənərbaxca illik 4,5 milyon avro maaş verməyi planlaşdırır.
Qeyd edək ki, 27 yaşlı Alvarez ötən mövsüm West Ham United-də 31 oyuna çıxaraq 1 asist edib.
Rail İbrahim
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin