Son zamanlar sosial şəbəkələrdə bir çox restoran və istirahət zonalarında qiymətlərin yüksək olması, göstərilən xidmətlərə görə əlavə ödənişlərin tələb olunması ilə bağlı kifayət qədər şikayət xarakterli paylaşımlar edilir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu barədə yenifikir.media-ya açıqlama verib.
O bildirib ki, azad bazar iqtisadiyyatında qiymətlərə heç kim müdaxilə etmir. Qiymətlər tələblə təklif əsasında formalaşır və dövlət orqanları buna birbaşa təsir edə bilmir. Buna görə də istehlakçılar seçimlərini özləri etməlidirlər.
“Məsələn, neçə ildir tənqid edirik ki, bulvarda bir çaynik çay 50 manatdır. Dövlət orqanlarına müraciət edəndə isə cavab verilir ki, ‘öz əraziləridir, özləri bilər’. Dövlət üçün əsas olan odur ki, onlar vergilərini ödəsinlər,” — deyə Eyyub Hüseynov qeyd edib.
Sədrin sözlərinə görə, əslində nəzarət edən qurum mövcuddur — bu ilin fevralında İqtisadiyyat Nazirliyi tərəfindən Prezident yanında yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi. Şikayət və müraciət üçün telefon: 012 599 76 00.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin