Rusiyanın tanınmış veterinar və zoopsixoloqu Larisa Supnikova pişiklərin mistik qabaqcadan görmə qabiliyyətinə malik olmadıqlarını, lakin çox inkişaf etmiş duyğu orqanları sayəsində sahibin sağlamlığı və emosional durumunda baş verən incə dəyişiklikləri anlaya bildiklərini bildirib.Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, Supnikova izah edib ki, pişiklər qoxu və eşitmə qabiliyyəti ilə sahibin hormon səviyyəsində və nəfəs ritmindəki dəyişiklikləri hiss edə bilir.Bu səbəbdən pişikdə davranış dəyişiklikləri — məsələn, daha çox diqqət tələb etməsi, apatiya və ya vərdişlərin dəyişməsi — adətən sahibin fiziki və ya emosional durumuna reaksiya olur.Supnikova əlavə edib ki, bu cür davranış dəyişiklikləri həmçinin pişikin öz sağlamlıq problemlərinin göstəricisi ola bilər, ona görə də belə hallarda ilk növbədə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

