Sabiq millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev sosial şəbəkədə maraqlı paylaşımları ilə diqqət çəkir. O, bu gün Facebook səhifəsində etdiyi paylaşımda uşaqların dinə münasibəti mövzusuna toxunub:

“Dəyərli dostlar, bizi həmişə bir məsələ düşündürür. Bu məsələ ondan ibarətdir ki, uşaqların dinə münasibəti necə olmalıdır? Əlbəttə ki, məktəblilər və tələbələr ilk növbədə dünyəvi və təbiət elmlərini öyrənməlidirlər. Uşaqların dinə münasibəti barədə çoxlu ədəbiyyat mövcuddur. Lakin mənim fikrimcə, bu mövzuya rasional aydınlıq gətirən şəxs İmmanuel Kant olub. Dahi filosof pedaqogika haqqında traktatında yazır ki, uşaqları hazır dini təlimatları əzbərləməyə məcbur etmək faydasızdır. Çünki bu, onlarda möminlik barədə yanlış təsəvvür yaradır.

Əsl Allaha sitayiş onun iradəsi ilə yaşamaqdır. Uşaqlara da məhz bunu aşılamalıyıq. Həm uşaqlara, həm də özümüzə diqqət etməliyik ki, Allahın adı ilə tez-tez sui-istifadə olunmasın. Hətta yaxşı niyyətlə səadət arzulayanda belə, bu, bir növ sui-istifadə hesab olunur. Allahın adı hər dəfə çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır. Onun adı nadir hallarda, heç vaxt düşüncəsiz şəkildə işlədilməməlidir.

Uşaqlar Allahı – birincisi, həyatın və dünyanın sahibi, ikincisi, insanları yaradan ilahi qüvvə, üçüncüsü isə hakimi-mütləq kimi dərk edib ehtiramla yanaşmalıdırlar. Deyirlər ki, Nyuton Allahın adını hər dəfə çəkəndə sükuta qərq olur, dərin düşüncəyə dalırmış.”

Yenifikir.media daha ətraflı həmin videonu təqdim edir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir