Estoniya hakimiyyəti NATO-dan məsləhətləşmə istəyib. Buna səbəb ölkənin hava məkanına üç rus MiQ-31 qırıcısının daxil olduğu iddia edilib. Bunu Baş nazir Kristen Mihal açıqlayıb.
NATO-nun 4-cü maddəsinə görə, üzv ölkələrdən biri təhlükədə olduğunu düşündükdə digər üzvlərlə məsləhətləşə bilər.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, bütün uçuşlar beynəlxalq qaydalara uyğundur və sərhədlər pozulmayıb.
Qeyd edək ki, 7 sentyabrda da Estoniya oxşar səbəblə Rusiyaya etiraz notası göndərmişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin