Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb. Görüşdə Gürcüstan–Azərbaycan münasibətləri müzakirə olunub. Millət vəkili Məzahir Əfəndiyev Türkmənistanda keçirilən bu görüşlə bağlı yenifikir.media-ya təhlil təqdim edib.

Azərbaycan hər zaman Cənubi Qafqazda sülhün və əmin-amanlığın tərəfdarı olub və bu dəyərlərin təbliğatçısı kimi çıxış edib. Türkmənistanda Azərbaycan və Gürcüstan hökumət başçılarının görüşü, eləcə də görüş zamanı qarşılıqlı hörmətə əsaslanan məsələlərin müzakirəsi bir daha göstərdi ki, iki ölkə arasında strateji əməkdaşlıq, Cənubi Qafqazda iqtisadi-ticari əlaqələr, yeniləşən dünyanın regional təhlükəsizliyi kimi önəmli mövzularda ortaq mövqe mövcuddur. Həmçinin üzərinə götürülmüş və imzalanmış sənədlərin vaxtında icrasının vacibliyi bir daha önə çıxıb.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda davamlı sülhün və Cənubi Qafqazda yüksək rifahın təmin olunması üçün bütün öhdəliklərini yerinə yetirməkdədir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir