Şimali Kipr Türk Respublikasının Prezident Ersin Tatar 14 Avqust Kipr Barış Hərəkatının ikinci mərhələsinin 51-ci ildönümü və eyni tarixlərdə Rumların törətdiyi qətliamlarla bağlı post paylaşıb.

O bildirib ki, Türk ordusu 20 İyul Barış Hərəkatı ilə Kipr türklərinə qarşı hücumları dayandırmaq üçün adaya çıxdı və hədəfə yalnız 14 Avqustdakı ikinci mərhələ ilə çatıldı. Bu əməliyyatla Şimali Kipr Türk Cümhuriyyətinin indiki sərhədləri müəyyən olundu.

Etsin Tatar şəhidləri və vəfat etmiş qaziləri rəhmətlə anıb, sağ qalan qazilərə isə sağlamlıq diləyib. Eyni zamanda EOKA-nın Muratağa, Atlılar, Sandallar və Taşkent qətliamlarını xatırladaraq, bu insanlıq cinayətlərinin unutulmayacağını və Türkiyənin effektiv garantorluğundan vaz keçilməyəcəyinin sübutu olduğunu vurğulayıb.

O deyib: “Muratağa, Sandallar, Atlılar və Taşkent qətliamlarının ildönümündə, EOKA tərəfindən qətlə yetirilmiş günahsız insanlarımızı böyük ağrı, rəhmət və həsrətlə anıram.”

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir