Prezident Rəcəb Tayyib Ərdoğan Daxili qoşunlar Təhlükəsizlik Akademiyasının məzuniyyət mərasimində çıxış edərək İsrailin Qəzzaya qarşı hücumlarını kəskin tənqid edib. Ərdoğan deyib ki,:“Özlərini böyük görən zalımlar mütləq uduzacaq, rüsvay olub gedəcəklər. Günahsız insanların qanını axıdanlar axıtdıqları o qanda boğulacaq. Fələstinli qardaşlarımızın haqqı gec-tez sorulacaqdır.”
O həmçinin vurğulayıb ki, Türkiyə əsrlər boyu ədalətin simvolu olub, ölkəyə qarşı bütün hücum və təxribatlar uğursuzluqla nəticələnib.
Prezident çıxışında təhlükəsizlik qüvvələrinin fədakarlığını yüksək qiymətləndirib və yeni məzun olan zabit və gizirlərə uğurlar arzulayıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

