Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. 

Ərdoğan telefon danışığında Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, Ukrayna-Rusiya arasındakı sülh prosesi, həmçinin regional və qlobal mövzuları müzakirə edib. Prezident görüşdə bildirib ki, Alaska və Vaşinqtondakı təmasları yaxından izləyir, müharibənin davamlı sülh ilə nəticələnməsi üçün Türkiyə səylərini davam etdirir və sülhün bərqərar olması ilə Türkiyə Ukraynanın təhlükəsizliyinə dəstəyini artırmağa davam edəcək.

Ərdoğan həmçinin Ukrayna-Rusiya münaqişəsində ədalətli həllin mümkün olduğunu, iki tərəf arasında danışıqları gücləndirərək davam etdirmək zəruriliyini vurğulayıb və Türkiyənin sülhü təmin edəcək yüksək səviyyəli təmasların həyata keçirilməsi üçün hər cür səyləri göstərəcəyini qeyd edib. Görüşdə Prezident Ərdoğan Ukraynanın Müstəqillik Gününü də təbrik edib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir