İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşdə iki ölkə arasında ticarət, təhsil, enerji və müdafiə sahələrini əhatə edən 16 yeni anlaşma imzalanıb.Yenifikir.media bildirir ki,görüş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində baş tutub. Liderlər siyasi, iqtisadi və regional məsələləri müzakirə ediblər.

Tərəflər xarici işlər nazirlərinin rəhbərliyi ilə fəaliyyət göstərəcək Ortak Planlama Qrupunun yaradılması barədə razılığa gəlib. Ərdoğan iki ölkə arasında ticarət həcminin 6 milyard dollara yaxınlaşdığını, yeni hədəfin isə 10 milyard dollar olduğunu açıqlayıb. Enerji və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi də vurğulanıb.

Görüşdə həmçinin Orta Şərq və Ukraynada davam edən proseslər müzakirə edilib. Ərdoğan müharibələrdə qalibin olmayacağını, sülhün təmin edilməsinin əsas prioritet olduğunu bildirib. Bu görüş Türkiyə və Macarıstan arasında strateji əməkdaşlığın daha da gücləndiyini göstərir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir