Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniya Baş naziri Fridrix Merz ilə görüşüb. Birgə mətbuat konfransında Türkiyənin AB üzvlüyü, Almaniyada yaşayan türk icması, ticarət və Ukrayna-Rusiya münaqişəsi müzakirə olunub.
Görüşdə həmçinin Merz Həmasın əsirləri və silahlarını daha tez buraxa biləcəyini bildirib. Ərdoğan isə “Həmasın əlində nüvə və bombalar yoxdur, bütün silahlar İsrailin əlindədir” deyib.
Qeyd edək ki, Merz Türkiyəni AB-də görmək istədiklərini və təhlükəsizlik sahəsində əməkdaşlığı artıracaqlarını deyib. Ərdoğan isə İsrailin Qəzzəyə hücumunda ölənlərin sayını xatırladıb və humanitar yardımın davam etdirilməsinin vacib olduğunu bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

