Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığında ölkəsinin Ukrayna üzrə sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib. O, Rusiya və Ukrayna arasında İstanbulda keçirilmiş üç mərhələli birbaşa danışıqlarda əldə olunan irəliləyişi vurğulayıb, – bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

“Türkiyə liderlər sammitinə ev sahibliyi etməyə hazırdır. Hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması zirvə görüşünə yol açacaq”, – deyə Ərdoğan qeyd edib.

Məlumata görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub. Ərdoğan bildirib ki, İstanbulda keçirilmiş birbaşa danışıqlarda əldə olunan irəliləyiş böyük əhəmiyyət kəsb edir və ümid etdiyini bildirib ki, növbəti mərhələlərdə atəşkəs və davamlı sülh istiqamətində mühüm nəticələr əldə olunacaq. O, həmçinin Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

İyulun 23-də İstanbulda Ukraynanın nizamlanması üzrə Rusiya–Ukrayna birbaşa danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət aparıblar. Əsas görüş təxminən 40 dəqiqə davam edib və tərəflər memorandum layihələrində əks olunan mövqeləri müzakirə ediblər.

Nəticədə tərəflər yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələlərin həlli üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib. Bundan başqa, Moskva Kiyevə 3 min ukraynalı hərbçinin cəsədini təhvil verməyi, həmçinin cəbhə xəttində yaralıların və həlak olanların cəsədlərinin toplanması üçün qısa humanitar fasilələrə qayıtmağı təklif edib. Dördüncü raundun keçirilməsi isə yeni razılaşmaların icrasından sonra qərara alınacaq.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir