Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2025 Avropa Basketbol Çempionatında gümüş medal qazanan Türkiyə Milli Basketbol Komandasını qəbul edib.
Ərdoğan görüşdə komandanı təbrik edərək deyib: “Finala çox yaxınlaşmağımıza baxmayaraq kuboku qazana bilmədiyimiz üçün bir qədər məyusuq. Amma basketbolda böyük bir yüksəliş əldə etmişik və bunu davam etdirməliyik. İnanıram ki, yaxın illərdə Avropa çempionluğunu qazanacağıq. Həmçinin 2027-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatında da ən güclü komandalar sırasında olacağıq.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin