Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra ölkədəki vəziyyət və regional gərginliklə bağlı açıqlamalar verib. O bildirib ki, Türkiyə hazırda həm bölgədə, həm də qlobal səviyyədə gərgin bir dövrdən keçir və bu proses diqqətlə idarə olunur.Yenifikir.media bildirir ki,Ərdoğan ölkəni “sabitlik adası” adlandıraraq provokasiyalara uymayacaqlarını və “Terorsuz Türkiyə” hədəfi üçün çalışacaqlarını vurğulayıb. Prezident, bölgədə qurulacaq “qardaşlıq zolağı” ilə gizli planların alt-üst ediləcəyini bildirib.

İqtisadi sahədə milli gəlirin 238 milyard dollardan 1,5 trilyon dollara yüksəldiyini, 2028-ci il üçün hədəfin isə 1,9 trilyon dollar olduğunu açıqlayıb. TÜİK-in üçüncü rüb iqtisadi artımı 3,7 faizdir. Prezident qeyd edib ki, Avrasya Tuneli, İstanbul Hava Limanı, Osmanqazi və Çanaqqala körpüləri kimi iri layihələr ölkənin iqtisadi və strateji gücünü artırır.

Müdafiə sənayesində də nailiyyətlər diqqət çəkir. Ərdoğan “Qızıl Alma” pilotsuz döyüş təyyarəsinin dünya miqyasında yeni bir ilk olduğunu vurğulayıb. Həmçinin ölkənin layihələri və infrastruktur yatırımları milli iqtisadiyyata milyardlarla dəyər qatır.

Ərdoğan milli birliyi önə çıxararaq deyib: “Kürt, ərəb, türkmən – birlikdə yaşayırıq və yaşayacağıq. Təhdidlər qarşısında geri çəkilməyəcəyik”.Çıxışını 86 milyon vətəndaşı birliyə çağıraraq yekunlaşdırıb:“21-ci əsri “Türkiyə əsri”nə çevirmək üçün hamımız birlikdə çalışacağıq”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir