Türkiyənin XİN rəhbəri Hakan Fidan, Ərdoğan–Tramp görüşünün çox müsbət keçdiyini bildirib. Tərəflər CAATSA sanksiyaları da daxil olmaqla münasibətlərə mane olan problemlərin aradan qaldırılması barədə razılaşıblar.
Yenifikir.media bildirir ki, liderlər müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlıq müzakirə olunub, THY-nin 225 təyyarə alışı, LNG tədarükü və strateji nüvə əməkdaşlığı üzrə sazişlər imzalanıb.
Hakan Fidan qeyd edib ki, CAATSA iki NATO müttəfiqi üçün ciddi maneədir, ABŞ-la texnologiya və müdafiə sahəsində əməkdaşlıq zəruridir. Suriya məsələsində də hər iki ölkə ərazi bütövlüyünün qorunması barədə həmfikirdir.
Tramp görüşü “çox uğurlu” adlandıraraq hərbi və iqtisadi sahələrdə asanlıqla anlaşa biləcəklərini eyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

