Türkiyə Prezidenti Rəcəb Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevə “Dövlət Nişanı” təqdim edib.Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə çıxış edən Prezident Ərdoğan, Qazaxıstanın Tokayevin liderliyi ilə bölgədə güclü bir dövlətə çevrildiyini bildirib. 

Ərdoğan Tokayevin öz ölkəsində böyük dəyişikliklərə imza atdığını, Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını xüsusi qeyd edib. 

Qeyd edək ki, “Dövlət Nişanı” Türkiyə Prezidenti tərəfindən verilən ən yüksək dövlət mükafatıdır. Bu medal Türkiyə ilə öz dövlətləri arasında dostluq münasibətlərini inkişaf etdirən və xalqlar arasında yaxınlaşmanı təşviq edən ölkələrin dövlət başçılarına, prezidentlərinə verilir.

Azərbaycan Prezidenti İlham Əliyevə isə Türkiyənin ən yüksək medalı 2013-cü ildə təqdim olunub.

Yenifikir.media 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir