Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Suriyanın bərpası, Qəzzədəki vəziyyət və Kipr türkləri ilə bağlı açıqlamalar verib.

Yenifikir.media-nın məlumatına görə Ərdoğan bildirib ki, suriyalılar illərdir ağır itkilər verib və ölkədən köçməyə məcbur olublar. O vurğulayıb ki, 14 il davam edən müharibə sona çatıb və Suriya bərpa mərhələsindədir. Türkiyə sağlamlıq və sosial xidmət sahələrində Suriyaya dəstəyini davam etdirəcək.

Prezident əlavə edib ki, Suriyanın yenidən qurulması Türkiyənin əsas hədəflərindən biridir. Bu məqsədlə “Suriya Dəstək Proqramı” başlayacaq və müxtəlif layihələr həyata keçiriləcək.

Ərdoğan Kipr türklərinin haqlı mübarizəsinə dəstəyin davam edəcəyini qeyd edib.

O, həmçinin Qəzzə məsələsinə toxunaraq deyib: “Türkiyə soyqırıma qarşı ən sərt mövqe göstərən ölkələrdən biridir. Hamas–İsrail danışıqları atəşkəslə nəticələndi. İndi Qəzzədə yenidənqurma işlərinə başlamalı, daha çox humanitar yardım çatdırmalıyıq. Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik.”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir