Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçirilən “İnsanlıq üçün Güclü Türkiyə” proqramında çıxış edib. Ərdoğan bildirib ki, Suriya xalqı son bir ildə böyük çətinliklərə baxmayaraq həyatını yenidən qurur və “Suriya keçmiş pis günlərinə qayıtmayacaq”.Prezident çıxışında 10 Mart Müqaviləsinin vacibliyini də vurğulayaraq deyib: “Suriya tək buraxılmayacaq. Müqaviləyə imza atanlar onu həyata keçirməli, Suriya ərazi bütövlüyü təmin olunmalıdır.”Yenifikir.media bildirir ki, Ərdoğan həmçinin İnsan Haqları Günü münasibətilə mesaj verərək, Türkiyənin dünyada zülm qarşısında mazlumları dəstəklədiyini və insan haqlarını qorumağa davam edəcəyini bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

