Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində açılış mərasimində bildirib ki, Türkiyə Qəzzada atəşkəsi qoruyacaq və bölgəni yenidən qurmaq üçün üzərinə düşəni edəcək. Yenifikir.media bildirir ki, Ərdoğan “Yenidən soyqırım olarsa, nəticələri ağır olar,” – deyib.
O, həmçinin sel fəlakəti zamanı görülən işlərə görə təşəkkür edib və şəhərdə 38 layihənin açılışı, 2 layihənin isə təməl qoyuluşunu qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə beynəlxalq səviyyədə əzilmışlərın səsi olub, Qətər, Misir və ABŞ-la əməkdaşlıq edərək Qəzzada sülh və təhlükəsizliyin təmininə çalışıb.
Sonda Prezident Rize sakinləri ilə görüşüb, cümə namazını Mərkəz Məscidində qılıb və vətəndaşlarla söhbət edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

