Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı edib. Yenifikir.media bildirir ki, telefon danışığı zamanı Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün səylər göstərdiyini bildirib. O həmçinin Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə bitməsi üçün diplomatik işlərin davam edəcəyini və Türkiyənin bu prosesdə fəal olacağını vurğulayıb.
Telefon danışığında Ərdoğan Putinin doğum gününü də təbrik edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin