Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. O bildirib ki, küçələrin qarışdırılmasına və xalqın huzurunun pozulmasına əsla icazə verilməyəcək. Prezident vurğulayıb ki, müxalifət daxilindəki kreslo davasının ölkənin qazandıqlarına zərər vurmasına göz yumulmayacaq.
Dövlət başçısı, iclasda təhsil, iqtisadiyyat, sosial xidmətlər və xarici siyasət kimi mühüm mövzuların müzakirə olunduğunu və qəbul edilən qərarların ölkə üçün xeyirli olacağına inandığını qeyd edib. O, həmçinin hökümətin son iclasından bu yana ölkə daxilində və xaricdə görülən işlərə də diqqət çəkib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

