Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qatar Əmiri Şeyx Təmim bin Hamed əl-Saninin dəvəti ilə Dohaya səfər edib. Onu hava limanında yüksək səviyyəli qatarlı rəsmilər və Türkiyənin Doha səfiri qarşılayıb.
Səfər zamanı Ərdoğan və Əmir Al Sani ikili və heyətlərarası görüşlər keçirəcək, həmçinin Türkiyə-Qatar 11-ci Yüksək Strateji Komitə Toplantısına qatılacaq və bir sıra anlaşmalar imzalanacaq.
Ərdoğana səfərdə həyat yoldaşı Əminə Ərdoğan və bir sıra nazirlər və yüksək səviyyəli rəsmilər də qoşulub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

