Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan 21–23 oktyabrda Küveyt, Qətər və Omana rəsmi səfər edəcək. Səfər zamanı ölkələr arasında əlaqələrin gücləndirilməsi, yeni sazişlərin imzalanması və regional məsələlərin, xüsusilə Qəzzadəki vəziyyətin müzakirəsi planlaşdırılır.
İlk dayanacaq – Küveyt
Ərdoğan Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək. Gündəm: Qəzzədəki humanitar durum və ticarət əlaqələrinin inkişafı.
İkinci dayanacaq – Qətər
Doha görüşündə Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Qəzzədə atəşkəs və yardım məsələlərini müzakirə edəcək.
Son dayanacaq – Oman
Ərdoğan Oman Sultanı Heysəm bin Tariqlə iqtisadi əməkdaşlıq və bölgədəki son hadisələr barədə danışacaq.
Qeyd edək ki,o Ərdoğanın səfərləri çərçivəsində bir sıra razılaşmaların imzalanması gözlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

