Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Oktyabr Birləşmiş Millətlər (BM) Günü və BMT-nin 80 illiyi ilə bağlı mühüm mesaj verib.
Ərdoğan bildirib ki, BMT sülh və əməkdaşlığı qorumaq üçün yaradılıb və 80 ildə çox çətinlikləri dəf edib. Müharibələr, aclıq, terror və iqlim dəyişiklikləri kimi problemlərlə mübarizə aparan BMT-nin məsuliyyəti getdikcə artır.
Ərdoğan Qəzzada baş verən faciəyə də toxunub və Təhlükəsizlik Şurasının orada uğursuz olduğunu bildirib. O, həmçinin “Dünya Beşdən Böyükdür” şüarı ilə aparılan islahatları dəstəklədiyini vurğulayıb.
Prezident İstanbulun BMT Mərkəzi olması planını açıqlayıb və Türkiyənin bölgədə və dünyada sülh və təhlükəsizlik üçün çalışacağını bildirib.
Ərdoöan, BMT-nin insanlığın ümidi olaraq qalmasının vacibliyini bir daha qeyd edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

