Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Tramp ilə də görüşüb.
Assambleyada çıxış edən Ərdoğan Fələstin mövzusunda bildirib: “Atəşkəs elan olunmalı, Qəzzaya yardım maneəsiz çatdırılmalı, İsrail geri çəkilməlidir.”
FETÖ məsələsinə də toxunan Prezident vurğulayıb ki, təşkilat zəifləyir və Türkiyə hüquq və demokratiya çərçivəsində mübarizəni davam etdirəcək.
Ərdoğan çıxışını bu sözlərlə tamamlayıb: “Biz yalnız səcdədə diz çökərik, başqa heç kimin qarşısında əyilmərik.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin