Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan 8 Noyabr – Zəfər Günününə həsr ediləcək hərbi paradda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Ərdoğanın Prezident İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyi, ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcəyi bildirilir.
Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran bildirib ki, Ərdoğanın bu səfəri Türkiyə ilə Azərbaycan arasındakı güclü münasibətlərin göstəricisidir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

