Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib. Bu barədə Türkiyə lideri sosial şəbəkələrdə müvafiq paylaşım edib.

“Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq üçün yeni stimul oldu. Biz bu görüşdən məmnun olduğumuzu bildirir, ümid edirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yeni prosesdə iştirak edəcək və beləliklə, uzunmüddətli sülhün təməli qoyulacaq”, -deyə Ərdoğanın şənbə günü etdiyi paylaşımda vurğulanır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir