Bəzi ölkələrdə enerji içkilərin satışı məhdudlaşdırılıb. Əsasən uşaqlara enerji içkilərinin satışı qadağan olunmalıdır. Məktəblilərin kütləvi olaraq ölkəmizdə zərərli enerji içkilərinə aludə olması müşahidə olunur. Bunun fəsadları ortaya çıxmamış tədbir görülməlidir. Tərkibi məlum olmayan bu zərərli içkilər uşaqlar üçün ziyanlıdır və istifadəsi doğru deyil. Satışı və istifadəsinin məhdudlaşdırılması lazımdır. Məktəblərin qarşısında sanki qəsdən bu cür içkilərin satışını təşkil edirlər. Uşaqları meylləndirmək üçün xüsusilə orta məktəblərin yaxınlığında açırlar bu cür köşkləri. Tibb mütəxəssisləri bildirir ki, belə zərərli işçilər şagirdlərin səhhətinə mənfi təsir göstərir, gələcəkdə başqa zərərli və spirtli içkilərə də meyl yaradır, yol açır. Elektron siqaret, qalyan satışı da eyni zamanda məhdudlaşdırılmalıdır. Müşahidələr göstərir ki, şagirdlər arasında buna da vərdiş edənlər artmaqdadır. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı tədbir görülməli, müvafiq addımlar atmalıdırlar.

Sədaqət Əliyeva
Sosioloq

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir