Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.Nazirliyin müavini Rəşad Mustafayev görüş zamanı nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan təhlil və tədqiqat işləri, həmçinin bu sahədə yaradılmış institusional mexanizmlər barədə məlumat verib. Data əsaslı qərarların qəbuluna dəstək məqsədilə həyata keçirilən layihələrin əmək bazarının cari vəziyyətinin qiymətləndirilməsi, gələcək trendlərin müəyyən edilməsi və aktiv məşğulluq tədbirlərinin təşkili üçün əhəmiyyəti vurğulanıb.Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov isə qurumun təhlil və tədqiqat fəaliyyətləri, metodoloji yanaşmalar barədə iştirakçıları məlumatlandırıb.Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təhlil layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir