Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın Daşkənd şəhərinə səfəri çərçivəsində Mərkəzi Asiya Universitetində olub. Nazir universitetin rəhbər heyəti və himayəçilər şurasının sədri Abducabar Abduvaxitov ilə görüşərək təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olub.
Səfər zamanı Əmrullayev “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirib. Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

