Azərbaycanda karate və ciu-citsu idman növlərinin əsasını qoyan, əməkdar məşqçi Mir-Əli Seyidovun səhhəti son günlərdə daha da ağırlaşıb. Ona 4-cü mərhələ xərçəng diaqnozu qoyulub və intensiv müalicəyə baxmayaraq böyrəklərinin fəaliyyəti ciddi şəkildə zəifləyib.Şəkər xəstəliyindən əziyyət çəkən tanınmış məşqçinin vəziyyəti diabet səbəbindən daha da mürəkkəbləşib. Xəstəlik son illər onun sağlamlığını ciddi dərəcədə sarsıdıb və o, bir gözünü tamamilə itirib. Üstəlik, ayağındakı ağır fəsadlara görə həkimlər amputasiyanı zəruri saysalar da, yüksək intoksikasiya riski və böyrək çatışmazlığı səbəbindən hazırda əməliyyat mümkün deyil.
Mir-Əli Seyidovun oğlu Tehran Seyidovun yenifikir.media-ya verdiyi məlumata görə, ailə bütün imkanlardan istifadə edərək mübarizəni davam etdirir və hər cür dəstəyə böyük ehtiyac var.
Əlaqə:
📞 +994 55 750 81 01 — Tehran Seyidov (oğlu)
Dəstək üçün hesab:
💳 Leo Bank: 4098 5844 5854 7005





© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

