Sosial şəbəkələrdə əməkdar artist Yusif Mustafayev haqqında kəskin fikirlər səsləndirən ağsaqqal kişinin paylaşdığı video marağımıza səbəb olub.
Yayılan görüntülərlə bağlı əməkdar artist Yusif Mustafayevlə əlaqə saxladıq.Müğənni videoya münasibət bildirərək qeyd edib ki, həmin şəxsi bəzi adamlar yönləndirir və onun haqqında məqsədli şəkildə danışdırırlar: “Bu günə qədər halal zəhmətimlə oxuyub pul qazanmışam. Neçə-neçə toy məclislərində iştirak etmişəm. Elə məclislər olub ki, ev sahiblərinin imkanı çatmayıb, amma yenə də gedib onların məclisini yola vermişəm. Bir çox gənc ifaçının əlindən tutub onlara dəstək olmuşam. Özüm haqqında danışmağı sevməmişəm və indiyədək gördüyüm işləri heç vaxt qabartmamışam. İndi həmin adam danışırsa, qoy danışsın. Mən onu şəxsən tanımıram, sadəcə görünür ki, kimlərsə ona bu sözləri öyrədib və danışdırır.”
Qeyd edək ki, Yusif Mustafayev haqqında əldə etdiyimiz məlumatlara görə həmin videoda deyildiyi kimi əməkdar artist doğulduğu kənddə məscid inşa etdirib,bundan əlavə kənddə bulaqlar çəkdirib. Bu da Yusif Mustafayevin xeyirxah əməllətlə məşğul olduğunun əyani göstəricisidir.
Ülkər Tahirqızı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

