Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası baş tutub.İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, eləcə də müvafiq dövlət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə hazırlanmış 2026-cı il Yol Xəritəsi layihələri təqdim olunub. Bu sənədlər çərçivəsində görülməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı əmək bazarının inkişafı, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Eyni zamanda, növbəti ildə bu sahələr üzrə həyata keçiriləcək prioritet tədbirlər müzakirə olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir