Üzərlik yandırmaq, tüstülənən üzərliyi qoxlamaq və baş üzərində hərləmək xalq inanclarından qaynaqlanan qədim adətlərdir. Lakin üzərliyin əsrlərdir inanc kimi qəbul edilməsi dini baxımdan nə dərəcədə doğrudur?

Tanınmış ilahiyyatçı Elşad Miri bu barədə Yenifikir.media-ya açıqlama verib.

O bildirib ki, üzərliklə bağlı inancların İslam dini ilə heç bir əlaqəsi yoxdur və bunlar mövhumat xarakterli anlayışlardır. ‘Hər hansı bir bitkini götürüb onun fayda verəcəyinə inanmaq əsassızdır. İslam dininin əsas məqsədi insanlara doğru yolu göstərməkdir. Bu inanclar isə uydurmadır. Bir daha vurğulayıram ki, bunların İslam və Qurana heç bir aidiyyəti yoxdur’, – deyə Elşad Miri qeyd edib.”

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir