“SpaceX” və “Tesla Motors” şirkətlərinin rəhbəri, məşhur iş adamı Elon Musk Avropanın demoqrafik gələcəyi ilə bağlı “X” platformasında paylaşım edərək bildirib ki, Avropada doğum səviyyəsi artmazsa və ya genişmiqyaslı miqrasiya baş verməzsə, Avropanı ciddi əhali azalması gözləyir.
Yenifikir.media bildirir ki,BMT və Eurostat-ın məlumatlarına görə, 2023-cü ildə Avropa İttifaqında doğum əmsalı 1,38 olub. Bu göstərici əhalinin özünü yeniləməsi üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır. 2024-cü ildə də bu sahədə ciddi artım gözlənilmir.Ən aşağı doğum göstəriciləri Malta, İspaniya və İtaliyada qeydə alınıb. Mütəxəssislər bunun əsas səbəbləri kimi yüksək yaşayış xərclərini və ailələr üçün sosial dəstəyin zəifliyini göstərirlər.Elon Musk hesab edir ki, Avropa bu demoqrafik böhrana qarşı təxirəsalınmaz tədbirlər görməlidir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir