Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə yanaşı, onların əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun təminatı istiqamətində mühüm işlər davam etdirilir.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 5505 əlilliyi olan şəxsi işlə təmin edib.

Özünüməşğulluq proqramı çərçivəsində də əlilliyi olan şəxslərə üstünlük verilir. Cari ildə 1261 nəfər üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Əmək bazarına çıxışın dəstəklənməsi məqsədilə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur. Bu işdə Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilir. Cari ildə 458 nəfər kurslara cəlb olunub və kursları başa vuran şəxslərin işlə təminatına dəstək göstərilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir