Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən fəaliyyətinə nəzər salsaq görərik ki, təşkilatın məqsədi müstəqil dövlət qurmaq, xalqa xidmət etmək yox, Azərbaycanı parçalamaq olmuşdur. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində AXCP liderləri hakimiyyətə gəlmələri üçün bir sıra ölkələrin razılıqlarını aldıqlarını söyləmişdilər. Hakimiyyəti qeyri qanuni yolla ələ keçirdikdən sonra Rusiya hərbiçilərinin dəstəyi ilə ermənilər torpaqlarımızı işğal etməyə başladı və bu işğal prosesində AXC liderlərinin satqınlığı, xəyanəti açıq-aşkar görünürdü. Bu baxımdan Əli Kərimlinin şimal qonşularımızdakı məlum dairələrlə əlaqələri təəccüblü deyildi.

2013-cü ildə Azərbaycanda Prezident seçkiləri vaxtı Rusiyada yaradılmış “Milyarderlər İttifaqı” ilə əlaqələr, Azərbaycanda “Milli Şura” adlı təşkilatın yaradılması ölkəmizdə 5-ci kalonun fəaliyyətinin nümunəsi idi. Özünü müxalifət adlandıran Əli Kərimli demək olar ki, hər gün sosial şəbəkələrdə və internet kanallarında ağzı köpüklənə köpüklənə demokratiyadan, insan hüquqlarından dəm vurur, qərb yönümlü siyasətçi olduğunu vurğulayırdı. Artıq hər kəsə məlum oldu ki, Əli Kərimli və onun əlaltıları 5-ci kalonun ən aktiv fiqurlarından olublar.
Sözsüz ki, ölkəmizdə radikal müxalifətin arxasında dayanan və onlara təlimat verən və maliyyələşdirən şəxslər də olmuşdur. Ulu öndər Heydər Əliyevə, daha sonra Prezidentimiz cənab İlham Əliyevə sadiqlik andı içən, özünü dövlətə və xalqa xidmət edən kimi göstərən Ramiz Mehdiyev əslində illərdi hiyləgərlik edərək dövlətimizə, dövlət başçımıza və xalqımıza arxadan zərbə vurmaqla məşgul imiş. Radikal müxalifətlə, o cümlədən Əli Kərimli ilə gizli əlaqələr qurub öz mənfur, alçaq planlarını həyata keçirmək məqsədi güdüb.
2003-cü il Azərbaycanda Prezident seçkiləri vaxtı Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək barədə məkirli planını hiyləgərcəsinə gizlədə bilmişdir. 2013-cü il Prezident seçkiləri vaxtı və 2019-cu ildə radikal müxalifətin təşkil etdiyi mitinqlər də Ramiz Mehdiyevin göstərişi ilə həyata keçirildiyi artıq heç kəsdə şübhə doğurmur. Ramiz Mehdiyev qeyri qanuni yolla ələ keçirdiyi küllü miqdarda vəsaiti radikal müxalifətin hesabına ötürüb. Bu pullar sayəsində Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri təmtəraqlı həyat sürməklə yanaşı dövlətə, Vətənə xəyanətlə məşğul olublar. Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli və digər Vətən xainlərinin yaramaz, xain xislətli fəaliyyətləri dövlətimizə, xalq – iqtidar birliyinə ziyan vura bilməz.

Azərbaycan güclü dövlətdir və DTX bu cür xain xislətli ünsürlərin bəd niyyətlərini peşəkarlıqla araşdırıb ifşa etmişdir. Bütün xalqımız ulu öndər Heydər Əliyev siyasətini rəhbər tutaraq Azərbaycan dövlətini yüksəklərə ucaldan, Azərbaycan xalqının milli maraqlarını hər şeydən uca tutan Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib. Heç bir daxili və xarici düşmən bu sarsılmaz birliyə əngəl ola bilməz.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir