Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək “İpək Yolu” forumunun rəsmi açılış mərasimində iştirak edəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir.

Bundan başqa, Ə.Əsədov Gürcüstan və Ermənistanın Baş nazirləri İrakli Kobaxidze və Nikol Paşinyanla görüş keçirəcək.

Sayca beşinci olan forum oktyabrın 22-23-də keçiriləcək.

İki minə yaxın nümayəndəni bir araya gətirəcək forum dövlətlər, beynəlxalq təşkilatlar və biznes arasında çoxtərəfli əlaqələrin inkişafına töhfə verən yüksək səviyyəli dialoq üçün beynəlxalq platformaya çevrilib.

Tədbirdə yüksək vəzifəli siyasi xadimlər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri, həmçinin dünyanın ən böyük şirkətlərinin, beynəlxalq maliyyə institutlarının rəhbərləri və ekspertlər iştirak edəcəklər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir